Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov 23 yanvar 2023-cü il tarixində rayon sakinlərinin müraciətlərini dinlədi.
23 yanvar 2023 | 15:10
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov keçirdiyi qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək, onların problemlərinin qanunamüvafiq qaydada aradan qaldırılması istiqamətində müvafiq göstərişlər verib. Qəbul zamanı bir sıra məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.
Vətəndaşlar əsasən maddi köməklik olunması, işlə təmin olunma, məşğulluğun təmin edilməsi, torpaq məsələləri və eləcə də digər sosial müdafiə məsələlərini ilə bağlı müraciətlər edib.