Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov 23 sentyabr tarixində rayon sakinlərinin müraciətlərini dinlədi.
23 sentyabr 2022 | 15:47
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qəbul zamanı müraciət edən 21 nəfər rayon sakinini dinləyərək, onların problemlərinin qanunamüvafiq qaydada aradan qaldırılması istiqamətində göstərişlər verib. Qəbul zamanı bir sıra məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.