Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov 2 sentyabr tarixində sakinlərin müraciətlərini dinlədi.
02 sentyabr 2022 | 15:56
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qəbul zamanı müraciət edən 16 nəfər rayon sakinini dinləyərək, onların problemlərinin qanunamüvafiq qaydada aradan qaldırılması istiqamətində göstərişlər verib. Qəbul zamanı bir sıra məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.
Vətəndaşlar əsasən maddi köməklik olunması, işlə təmin olunma, məşğulluğun təmin edilməsi, torpaq məsələləri və eləcə də digər sosial müdafiə məsələlərini ilə bağlı müraciətlər edib.