Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov 2 iyun 2023-cü il tarixdə rayon sakinlərinin müraciətlərini dinlədi.

02 iyun 2023 | 13:57

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov  keçirdiyi qəbul zamanı müraciət edən 15 nəfər rayon sakinini dinləyərək, onların problemlərinin qanunamüvafiq qaydada  aradan qaldırılması istiqamətində müvafiq göstərişlər verib. Qəbul zamanı bir sıra məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən  müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.

Vətəndaşlar əsasən maddi köməklik olunması, əkin sahələrinin suvarılması, məşğulluğun  təmin edilməsi, torpaq məsələləri və eləcə də digər sosial müdafiə məsələlərini ilə bağlı müraciətlər edib.

Keçidlər