Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov 19 iyul 2024-cü il tarixdə rayon sakinlərinin müraciətlərini dinlədi.

19 iyul 2024 | 12:33

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov  keçirdiyi qəbul zamanı müraciət edən  rayon sakinlərini dinləyərək, onların problemlərinin qanunamüvafiq qaydada  aradan qaldırılması istiqamətində müvafiq göstərişlər verib. Qəbul zamanı bir sıra məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən  müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.

Vətəndaşlar əsasən maddi köməklik olunması, məşğulluğun  təmin edilməsi, torpaq məsələləri və eləcə də digər sosial müdafiə məsələlərini ilə bağlı müraciətlər edib.

Qəbulda Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları da iştirak edib.

 

Keçidlər