Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov 12 may 2023-cü il tarixdə rayon sakinlərinin müraciətlərini dinlədi.
12 may 2023 | 11:55
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov keçirdiyi qəbul zamanı müraciət edən 18 nəfər rayon sakinini dinləyərək, onların problemlərinin qanunamüvafiq qaydada aradan qaldırılması istiqamətində müvafiq göstərişlər verib. Qəbul zamanı bir sıra məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.
Vətəndaşlar əsasən maddi köməklik olunması, əkin sahələrinin suvarılması, məşğulluğun təmin edilməsi, torpaq məsələləri və eləcə də digər sosial müdafiə məsələlərini ilə bağlı müraciətlər edib.