Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov 1 iyul 2026-cı il tarixdə səyyar qəbulu Ağalıkənd kənd sakinləri ilə keçirdi.

01 iyul 2026 | 14:37
Səyyar qəbul zamanı Faiq Qürbətov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda görülən işlər barədə kənd sakinlərinə ətraflı məlumat verib.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı kənd sakinlərinin təkliflərini, istəklərini dinləyib və onları narahat edən problemləri məsul şəxslərin iştirakı ilə araşdırıb. Səsləndirilən bir çox məsələlər yerində həll edilib, icrası zaman tələb edən məsələlər isə nəzarətə götürülüb.
Sakinlərlə keçirilən səyyar qəbulda Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisələrinin və xidmət sahələrinin rəhbərləri də iştirak edib.
Keçidlər