Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar Rayon İcra Hakimiyyətində gənc könüllülərə sertifikatlar təqdim olundu.

21 iyun 2022 | 10:44

Biləsuvar Rayon İcra Hakimiyyətində  gənc könüllülərlə keçirilən görüşdə İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli və başçının müavini-ictimai-siyasi və humanitar  məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşova könüllülərə uğurlar arzulayıblar. Görüşdə könüllülük fəaliyyətini başa vuran hər iki gəncə fəaliyyətləri dövrlərində daxili nizam-intizam qaydalarına ciddi əməl etdikləri və  verilən tapşırıqları vaxtında yerinə yetirdikləri üçün minnətdarlıq olunub.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək məqsədilə ölkəmizdə könüllülük hərəkatı geniş vüsət alıb.

Sonra Həzizadə Ülvi İslam oğluna və İskəndərli Emil Məhbub oğluna Biləsuvar rayon icra hakimiyyətinin sertifikatları təqdim edilib.

Gənc könüllülər onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər