Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının kəndlərdə vətəndaşlarla keçirdiyi səyyar qəbul zamanı qaldırılan məsələlərin icrası davam etdirilir.
13 yanvar 2025 | 16:31
Təzəkənd kəndindəki qəbul zamanı bəzi küçələrin və qəbristanlığa gedən yolun qumlanması ilə bağlı qaldırılan məsələ Təzəkənd bələdiyyəsinin köməkliyi ilə həllini tapmış və kəndin ehtiyac yaranan küçələri və kənd qəbristanlığına gedən yol qum-çınqıl qarışığı ilə üzlənmişdir.
Bundan əlavə Mərkəzi Muğan Kollektorlar idarəsi tərəfindən kəndin daxilindən keçən və həyətyanı sahələrin şoranlaşmasının qarşısını almaq üçün çıxar sularının axıdılması üçün istifadə olunan şor kollektoru qazılaraq lildən təmizlənmiş, üzərində 3 ədəd keçid körpüsü salınmışdır.