Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirilib.

31 iyul 2025 | 16:59

Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı yanında keçirilən Şuranın növbəti iclasında

“Azərbaycan Respublikası Prezidentinin  24.11.2014-cü il tarixli 375 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən rayon ərazisində  şəhərsalma qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınması ilə bağlı görülmüş tədbirlər barədə” və “Rayon İcra Hakimiyyəti başçısı aparatına 2025-ci ilin 6 ayı ərzində daxil olan vətəndaş müraciətlərinə baxılması sahəsində görülmüş işlər barədə” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmək, onların ərizə, şikayət və təkliflərinə baxmaq, lazımi tədbirlər görmək və nəticəsi barədə vətəndaşlara məlumat verilməsinin vəziyyəti barədə” hazırlanmış məsələlər müzakirə olunub.

Şura iclasında Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı-Şuranın sədri Faiq Qürbətov, şura üzvləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, inzibati ərazi dairələri üzrə icra nümayəndələri, bələdiyyə sədrləri, aidiyyət idarələrin rəhbərləri iştirak etdi.

Şuranın sədri Faiq Qürbətov gündəlikdə duran məsələ barədə ətraflı məlumat verdikdən sonra birinci məsələ barədə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçı aparatının Memarlıq və tikinti şöbəsinin müdir əvəzi Rövşən Bədəlov və ikinci məsələ barədə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elşən Astanovun hazırladıqları arayışılar dinlənildi.

İclasda gündəliyə daxil edilmiş məsələlələr şura üzvləri tərəfindən geniş müzakirə olundu.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı-Şuranın sədri Faiq Qürbətov gündəliyə daxil edilmiş məsələ ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə inzibati ərazi dairələri üzrə icra nümayəndələrinə, aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.

Müzakirə olunan məsələnin icrası istiqamətində səsləndirilən fikir və təkliflər nəzərə alınmaqla Şura iclasında müvafiq qərar qəbul edildi.

Keçidlər