Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirildi.

04 noyabr 2022 | 17:12

4 noyabr 2022-ci il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı yanında keçirilən Şuranın növbəti iclasında “Rayonun idarə, müəssisə və təşkilatlarında payız-qış mövsümünə hazırlığın vəziyyəti barədə”, “Payızlıq əkin işlərinin gedişi, əkin sahələrinin suvarılma vəziyyəti, bu sahədə olan problemlər” və “Sudan İstifadəedənlər Birliklərinin fəaliyyəti barədə” 3 məsələ müzakirə olundu.

İclasda Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı- Şuranın sədri Faiq Qürbətov, şura üzvləri, fəaliyyətləri müzakirə olunan idarə, müəssisə və təşkilatların məsul şəxsləri iştirak etdi.

Əvvəlcə Şuranın sədri Faiq Qürbətov müzakirə olunacaq məsələlər barədə məlumat verdi. Sonra başçının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vəlahəddin Yunsurovun müzakirə olunan sahələrlə bağlı hazırladığı  arayış  dinlənildi.

İclasda istər payız-qış mövsümünə hazırlıqla bağlı, istər də rayonda payızlıq əkinlərin gedişi, suvarmanın vəziyyəti ilə bağlı ortaya çıxan problemlər barədə şura üzvləri tərəfindən geniş müzakirələr aparılaraq tədbirlər müəyyənləşdirildi.

Sonda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov şura iclasının gündəliyinə daxil edilmiş məsələlərlə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.

Müzakirə olunan məsələlər ilə bağlı Şura iclasında müvafiq qərarlar qəbul edildi.

 

Keçidlər