Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iyun 2023-cü il tarixdə növbəti iclası keçirilib.

13 iyun 2023 | 19:03

13 iyun 2023-cü il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı yanında keçirilən Şuranın növbəti iclasında 3 məsələ müzakirə edilib.

“Leysan yağışları səbəbindən 30-31 may 2023-cü il tarixlərində Bolqarçay çayında yaranmış sel təhlükəsinin qarşısının alınması ilə bağlı görülmüş işlər və  gələcəkdə sel sularının yarada biləcəyi fəsad və itkilərin qarşısını almaq məqsədilə təhlükəli ərazilərdə görülməsi nəzərdə tutulan  qabaqlayıcı tədbirlər”,

 “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamının yerinə yetirilməsi  vəziyyəti”,

“Biləsuvar şəhəriində  təmizlik işlərinin aparılması və zibilliklərin təmizlənməsi”

İclasda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı-Şuranın sədri Faiq Qürbətov, şura üzvləri, rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, aidiyyəti təşkilat rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirak edib.

Əvvəlcə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı-Şuranın sədri Faiq Qürbətov müzakirə olunacaq məsələlər barədə məlumat verib.

Sonra Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini- Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Cəfərli birinci məsələ barədə, Rayon İcra Hakimiyyəti Başçısı aparatının  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Bəhruz Mirzəzadə ikinci məsələ barədə  hazırladıqları arayışlar  dinlənilib.  

“Biləsuvar şəhəriində  təmizlik işlərinin aparılması və zibilliklərin təmizlənməsi” ilə bağlı olan üçüncü məsələ barədə aidiyyatı təşkilatların gördüyü işlər dinlənildikdən sonra Şura üzvləri hər üç məsələ barədə müzakirələr apararaq, icrası istiqamətində qarşıya çıxan problemlərin  qısa vaxtda aradan qaldırılması üçün tədbirlər müəyyənləşdiriblər.

Sonda Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək şura iclasının gündəliyinə daxil edilmiş məsələlərlə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

Yekunda müzakirə olunan hər bir məsələ ilə bağlı Şura iclasının qərarları qəbul edilib.

Keçidlər