Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın 28 iyun 2024-cü il tarixli növbəti iclası keçirildi.
Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı yanında keçirilən Şuranın bu günki iclasında Biləsuvar şəhər ərazisində təmizlik işlərinin aparılması, yaşıllıqların salınması, küçələrin işıqlandırılması, abadlıq işlərinin görülməsində Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, Biləsuvar bələdiyyəsinin, Kommunal Müəssisələr Kombinatının və Mənzil Təsərrüfatı Təmir İstismar İstehsalat Sahəsinin gördüyü işlər barədə, Rayon ərazisində əkin sahələrinin suvarması və meliorativ tədbirlərin aparılması sahəsində aidiyyəti idarələr tərəfindən görülən işlər barədə və “Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən rayon ərazisində şəhərsalma qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınması ilə bağlı görülmüş tədbirlər barədə hazırlanmış 3 məsələ müzakirə olundu.
İclasda Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı-Şuranın sədri Faiq Qürbətov gündəlikdə duran məsələlər barədə ətraflı məlumat verdikdən sonra birinci və ikinci məsələ barədə Başçının müavini- sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdiri Vəlahəddin Yunsurovun, üçüncü məsələ barədə isə RİH-nin Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən, aparıcı məcləhəhçi Rövşən Bədəlovun hazırladıqları arayışlar dinlənildi.
Şurada müzakirə olunan məsələlərin icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə şura üzvləri tərəfindən geniş müzakirələr aparılaraq tədbirlər müəyyənləşdirildi.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı-Şuranın sədri Faiq Qürbətov gündəliyə daxil edilmiş məsələlərlə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə, inzibati ərazi dairələri üzrə icra nümayəndələrinə müvafiq tapşırıq və tövsiyələrini verdi.
Müzakirə olunan məsələlərin icrası istiqamətində səsləndirilən fikir və təkliflər nəzərə alınmaqla Şura iclasında müvafiq qərarlar qəbul edildi.
İclasda şura üzvləri, fəaliyyətləri müzakirə olunan idarə, müəssisə, təşkilatların məsul şəxsləri, inzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrləri iştirak etdi.