Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın 28 dekabr 2022-ci il tarixli növbəti iclası keçirildi.

28 dekabr 2022 | 17:20

28 dekabr 2022-ci il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı yanında keçirilən Şuranın növbəti iclasında “Səmədabad, Xirmandalı, Əsgərabad və Nəsimi kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə bələdiyyələrlə qarşılıqlı fəaliyyətin təşkilinin vəziyyəti barədə” və “Biləsuvar rayonu ərazisində aparılan qanunsuz tikililər və görülmüş tədbirlər barədə”  məsələlər geniş müzakirə edilib.

Şura iclasında Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı-Şuranın sədri Faiq Qürbətov, şura üzvləri, kənd icra nümayəndələri, bələdiyyələr və aidiyyəti idarə, müəssisələrin rəhbərləri iştirak edib.

Əvvəlcə Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı-Şuranın sədri Faiq Qürbətov müzakirə olunacaq məsələlər barədə məlumat verib. Sonra Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xanlar Məmmədovun “Səmədabad, Xirmandalı, Əsgərabad və Nəsimi kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə bələdiyyələrlə qarşılıqlı fəaliyyətin təşkilinin vəziyyəti barədə” hazırladığı və   Rayon İcra Hakimiyyəti Başçısının müavini- sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması  şöbəsinin müdiri Vəlahəddin Yunsurovun “Biləsuvar rayonu ərazisində aparılan qanunsuz tikililər və görülmüş tədbirlər barədə” hazırladığı arayışlar  dinlənilib.

Şura üzvləri hər iki məsələ barədə müzakirələr apararaq, icrası istiqamətində qarşıya çıxan problemlərin  qısa vaxtda aradan qaldırılması üçün tədbirlər müəyyənləşdiriblər.

Sonda Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək şura iclasının gündəliyinə daxil edilmiş məsələlərlə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

Yekunda müzakirə olunan hər bir məsələ ilə bağlı Şura iclasının qərarları qəbul edilib.

 

Keçidlər