Biləsuvar rayon Ağsaqqallar Şurasının növbədənkənar konfransı keçirildi.
Bu gün Biləsuvar rayonunda Ağsaqqallar Şurasının növbədənkənar konfransı keçirilib.
Tədbirdən öncə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Vahid Novruzov, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsinə tər çiçəklər düzüblər.
Konfransda torpaqlarımızın azadlığı uğrunda canından keçən əziz qəhrəmanlarımızın və hesabat dövrü ərzində vəfat etmiş ağsaqqalların xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Konfrans iştirakçılarını salamlayan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, cəmiyyətimizdə xüsusi yeri və hörməti olan ağsaqqallarımızın tövsiyyə və məsləhətlərinə hər zaman ehtiyac vardır. İcra başçısı bu gün də gənclərin dövlətə, xalqa sadiq, vətənə bağlı, zərərli, yad təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyyə olunması işində ağsaqqallarımız yorulmadan fəaliyyət göstərmələrini xüsusi qeyd edib.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Vahid Novruzov ağsaqqallıq hərakatının tarixindən, respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından danışıb. Natiq ölkəmizdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini diqqətə çatdırıb.
Növbədənkənar konfransda Akif Naib oğlu Kazımovun Biləsuvar rayon Ağsaqqallar Şurasının sədrliyinə namizədliyi verilərək yeni sədri seçilmişdir.
Biləsuvar rayon Ağsaqqallar Şurasının sədri seçilmiş Akif Kazımov ona göstərilən etimada görə konfrans iştirakçılarına minnətdarlığını ifadə edərək, bu şərəfli və məsuliyyətli işin öhdəsindən gəlmək üçün rayonun ziyalıları, ağsaqqallları ilə birgə bütün imkanlarını səfərbər edəcəyini bildirdi.