Bağbanlar kəndində Vətən Müharibəsi şəhidlərinin ailələri ziyarət olundu.
Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Biləsuvarlı qəhrəmanlarımızın xatirəsi ehtiramla anılır.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Bağbanlar kəndindən olan Vətən Müharibəsi şəhidlərinin ata ocaqlarını ziyarət edərək valideynləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar.
Görüşdə qəhrəman şəhidimizin şərəfli döyüş yolundan danışılaraq qeyd olunub ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaq və bizə zəfər sevinci, qalibiyyət qüruru bəxş edən şəhidlərimizin xatirəsi əbədi yaşayacaqdır.
Dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.