Azərbaycanda ilk dəfə olaraq Biləsuvarda kənd təsərrüfatı sahəsi üzrə mülkiyyətçilərə dəstək göstərəcək Biləsuvar Tədris, Araşdırma və Təcrübə Mərkəzinin açılış olub.
Mərkəzin açılış mərasimində çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Biləsuvarın iri kənd təsərrüfatı rayonu olduğunu diqqətə çatdıraraq Tədris, Araşdırma və Təcrübə Mərkəzinin bu istiqamətdə fermerlərə göstərəcəyi xidməti yüksək qiymətləndirib və kollektivə bu sahədə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən “Hektaş A.Ş” şirkətinin Baş Direktoru H.Zafer Terzioğlu, EMA” QSC sədri Əbdülhüseyn Abdullayev, Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin direktoru Azər Sərdarlı, KOBİA-nın idarə heyətinin sədr müavini Hikmət Məmmədov,Qida Təhlükəsizliyi Agentliyinin sektor müdiri Cavidan Quliyev bildiriblər ki, fermerlərin və kəndlinin dostu olan mərkəzin fəaliyyətinin əsas istiqamətləri rayondakı fermer və mülkiyyətçilərə kənd təsərrüfatı birtkiləri üçün dərman və gübrələrin satışının təşkil edilməsi, onların kənd təsərrüfatı texnikaları ilə təminatı, torpaq və suyun analizi üçün laboratoriya, aqronom məsləhəti, kadrların hazırlanması məqsədilə təlim mərkəzi, yerli iqlim şəraitinə uyğunlaşan kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi üçün təcrübə sınaq məntəqəsinin fəaliyyəti olacaqdır.
Sonda Biləsuvar Tədris, Araşdırma və Təcrübə Mərkəzinin təcrübə sınaq sahələrinə baxış keçirilib.