Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edir

16 sentyabr 2024 | 12:32

Dövlət İmtahan Mərkəzi tərəfindən  dövlət orqanında vakant inzibati vəzifələrin tutulması məqsədilə 16 sentyabr 2024-cü il tarixində ümumi müsahibə elanı verilmişdir. Elan üzrə sənəd qəbulu yalnız Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir və 15 oktyabr 2024-cü il tarixi, saat 18:00-dək davam edəcək.

Qeyd edirik ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən  keçiriləcək ümumi müsahibəyə Biləsuvar Rayon İcra Hakimiyyətindən 7 vakant vəzifə təqdim olunub.

Aşağıda göstərilmiş linkə daxil olaraq aidiyyəti dövlət orqanı üzrə elana çıxarılmış vəzifələrin adları ilə tanış ola bilərsiniz. 

https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=550

Keçidlər