Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan musiqi mədəniyyətinin banisi, görkəmli bəstəkar və ictimai xadim Üzeyir Hacıbəyovun 140 illiyi münasibətilə “Üzeyir dühası” adlı konsert proqramı təşkil olundu.

18 sentyabr 2025 | 14:40

18 sentyabr 2025-ci il tarixdə  Biləsuvar rayon Gənclər Evində Biləsuvar Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə Azərbaycan musiqi mədəniyyətinin banisi, görkəmli bəstəkar və ictimai xadim Üzeyir Hacıbəyovun 140 illiyinə həsr olunmuş “Üzeyir dühası” adlı konsert proqramı təşkil olundu.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Mədəniyyət idarəsinin rəisi Araz Əlizadə, YAP Biləsuvar Rayon Təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, inzibati ərazi dairələri üzrə icra nümayəndələri, mədəniyyət sahəsində çalışanlar və ictimaiyyətin nümayəndələri iştirak edib.

 Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Şirvan-Salyan Regional Mədəniyyət idarəsinin rəisi Araz Əlizadə çıxış edərək Üzeyir Hacıbəyovun Azərbaycan musiqisinin simvolu olduğunu, sənətkarın zəngin irsini və milli musiqi tariximizdəki əvəzsiz rolunu xüsusi qeyd ediblər. Bildirilib ki, Üzeyir Hacıbəyovun əsərləri xalqımızın milli kimliyini və ruhunu əks etdirməklə yanaşı, yaratdığı musiqilər bu gün də aktual və ölməzdir. Onun irsi Azərbaycan mədəniyyətinin qızıl səhifəsidir.

Regional idarənin tabeçiliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin musiqiçiləri tərəfindən dahi şəxsiyyətin bəstələdiyi əsərlərin səsləndirilməsi tamaşaçılara milli musiqimizin zənginliyini nümayiş etdirib.

 

Keçidlər