Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan İlahiyyat İnstitunun heyəti Biləsuvar rayonunda səfərdə olub.

04 aprel 2024 | 17:32
Biləsuvar Rayon İcra Hakimiyyəti və Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbir əsasən institun fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyəti məlumatlandırmaq, 2024-2025-ci tədris ili üzrə müəssisəyə yüksək intellektli və savadlı gəncləri cəlb etmək üçün məlumatlandırma xarakteri daşıyıb.
Biləsuvar Rayon Gənclər evində keçirilən tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, İlahiyyat İnstitunun rektoru, dosent Aqil Şirinov, Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov, rayonun aidiyyəti dövlət qurumlarının nümayəndələri, ümumtəhsil məktəblərinin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov ölkəmizdə mövcud olan multikultural mühit, dövlət–din münasibətlərinin inkişafı istiqamətində atılan məqsədyönlü addımlar barədə ətraflı məlumat verib.
İcra başçısı ölkə rəhbərliyi tərəfindən təhsilalanların hərtərəfli inkişafı, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, keyfiyyətli təhsil almaları üçün lazım olan bütün şəraitin yaradıldığını diqqətə çatdırıb.
Aİİ rektoru, dosent Aqil Şirinov ölkəmizdə dövlət–din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu vurğulayıb. Bildirib ki, din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına cəmiyyətimizdə böyük önəm verilir.Ölkəmiz bütün sahələrdə olduğu kimi, din sahəsində də nümunəvi ölkəyə çevrilib.
Rektor vurğulayıb ki, İnstitutda qarşılıqlı etimada əsaslanan şəffaf müəllim–tələbə münasibətlərinin hökm sürməsi üçün tələb olunan bütün zəruri addımlar atılır və bundan sonra da bu istiqamətdə mühüm işlər görüləcək. Ali təhsil müəssisəsi tədrisin keyfiyyətinin artırılmasına, müəllimlərin öz fəaliyyətlərinə yaradıcı yanaşmalarına, tələbələrin tədrisə maraqlarının artmasına, təhsilalanların fənlər üzrə bilik və bacarıqlarının inkişafına səylə çalışır.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov İnstitutun məqsəd və hədəfləri, ali təhsil müəssisəsində mövcud ixtisaslar, keçirilən fənlər barədə, rektor köməkçisi Emin Orucov isə Aİİ-yə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib.
Tədbirdə Aİİ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Keçidlər