Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Dillər Universiteti Biləsuvarda regional konfrans keçirib.

06 aprel 2024 | 20:10

Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsini yad ediblər.

Azərbaycan Dillər Universitetinin nümayəndə heyətini qəbul edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qonaqları salamlayaraq, görüş üçün səmimi minnətdarlığını bildirib.

Sonra “Azərbaycan Dillər Universitetinin məzunlarının professionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsinin I Regional Konfransı” öz işinə başlayıb.

Konfransda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, ADU-nun prorektoru Kifayət Hacıyeva, Lənkəran-Astara və Şirvan-Salyan Regional Təhsil idarələrinin məsul əməkdaşları, M.İbrahimov adına Liseyin kollektivi və aidiyyatı təşkilatların nümayəndələri iştirak edib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov konfransda çıxış edərək iştirakçılara uğurlar arzulayıb. İcra başçısı bildirib ki, hər bir xalqın və dövlətin formalaşması və inkişafı, onun gələcəyinin güclü təməllər üzərində qurulması təhsil sistemində əldə edilmiş nailiyyətlərlə əhəmiyyətli dərəcədə bağlıdır.Bu sahədə nailiyyətlərinn qazanılmasında isə əsas yer ali təhsil müəssisələrinin üzərinə düşür.

İcra başçısı ölkəmizdə insan kapitalının inkişaf etdirilməsi istiqamətində dövlət siyasətindən danışaraq bu sahədə cənab Prezidentin rəhbərliyi ilə həyata keçirən tədbirlərin xüsusi əhəmiyyətini bildirdi.

Faiq Qürbətov universitetin öz məzunlarının professionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirdiyi aksiyanı yüksək qiymətləndirərək, bu istiqamətdə iştirakçılara uğurlar arzuladı.

Konfransda Azərbaycan Dillər Universtetinin prorektoru Kifayət xanım Hacıyeva, Milli Qəhrəman Mübariz İbrahimov adına Məktəb Lisey kompleksinin icraçı direktoru Aqşin Bağırov, Şirvan-Salyan Regional Təhsil idarəsinin sektor müdiri Vüqar Məmmədov, Lənkəran-Astara Regional Təhsil idarəsinin sektor müdiri Hafis Pənahov çıxış edərək bu sahədə görülən işlər və qarşıda duran məsələlərlə bağlı fikirlərini bildirdilər.

Konfrans öz işini təcrübəçi tələbələrlə görüşlər, məzunlarla metodiki, psixoloji və pedaqoji seminarlarla davam etdi.

Sonda Azərbaycan Dillər Universitetinin nümayəndə heyətinin iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirildi.

Keçidlər