Şriftin ölçüsü :

Saytın rəngi :

Ali təhsil müəssisələrinə yüksək nəticə göstərərək qəbul olunmuş məzunlarla görüş keçirilib.

10 sentyabr 2024 | 11:18

Biləsuvar rayonunda 2023-2024-cü tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edərək respublikamızda və xarici ölkələrdə yerləşən müxtəlif ali təhsil ocaqlarına yüksək nəticə ilə qəbul olunan məzunlarla görüş keçirilib.

Görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar sektorunun müdiri Anar Xammədov iştirak edib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tələbə adını qazanan gəncləri təbrik edərək, onlara şəxsi həyatlarında və təhsildə uğurlar diləyib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışdı.

Çıxış edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar sektorunun müdiri Anar Xammədov məzunları təbrik edərək xoş arzularını çatdırıb.

Göstərilən diqqət və qayğıya görə təşəkkür edən məzunlar gələcək planlarından söz açıblar.

Tədbirin sonunda  xatirə şəkli çəkilib.

Keçidlər