Şriftin ölçüsü :

Saytın rəngi :

Ali təhsil müəssisələrinə 600 baldan yuxarı nəticə ilə qəbul olunmuş məzunlarla görüş keçirilib.

02 sentyabr 2025 | 17:10

Biləsuvar rayonunda 2024-2025-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edərək respublikamızda və xarici ölkələrdə yerləşən müxtəlif ali təhsil ocaqlarına 600 baldan yuxarı nəticə ilə qəbul olunan məzunlarla görüş keçirilib.

Görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tələbə adını qazanan gəncləri təbrik edərək, onlara şəxsi həyatlarında və təhsildə uğurlar diləyib, valideynlərinə və müəllimlərinə minnətdarlığını bildirib.

İcra başçısı ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş təhsilin inkişafı strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən yeni dövrün reallıqlarına uyğun olaraq uğurla davam  etdirildiyini bildirib.

Faiq Qürbətov Prezident cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət nəticəsində ölkəmizdə və rayonumuzda reallaşan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər, təhsilin inkişafı istiqamətində atılan uğurlu addımlar, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələrinin ən müasir tədris avadanlığı ilə təchiz edilməsi barədə danışaraq, yekunda bütün bu görülən işlərin yalnız gənclərimizin savadlı, intellektual və üstün dünyagörüşünə malik bir vətəndaş olaraq yetişməsinə gönəldiyini qeyd edib.

İcra başçısı bir daha bütün məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb.

 Görüşdə iştirak edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar sektorunun müdiri Anar Xammədov çıxış edərək rayonda təhsilin inkişafı üçün görülən işlər haqqında məlumat verib.

Tədbirdə iştirak edən məzunlar onlara göstərilən diqqət və qayğıya görə təşəkkür edərək gələcək planlarından söz açıblar.

Sonda qəbul imtahanlarinda yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan rayon gənclərinə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tərəfindən hədiyyələr təqdim olunub.

Keçidlər