Biləsuvar rayon Ağsaqqallar Şurası, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin və Qarabağ Müharibəsi Əlilləri, Şəhid ailələri, Veteranları İctimai Birliyinin Biləsuvar rayon şöbələri nəcib aksiya həyata keçirdi.
15 iyun 2021-ci il tarixdə Biləsuvar rayonunda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Biləsuvar rayon şöbəsinin bir qrup üzvü birliyə təhkim olunmuş əkin torpağında becərilmiş arpa məhsulundan 8 ton ayıraraq daha çox ehtiyacı olan Vətən Müharibəsi qazilərinə paylanması üçün nəcib təşəbbüs göstərmişlər. Biləsuvar rayon Ağsaqqallar Şurası da bu nəcib aksiyaya qoşularaq 13 ton arpa məhsulu göndərmişlər. Ümumilikdə 21 ton arpa daha çox ehtiyacı olan 60 nəfər Vətən Müharibəsi qazilərinin ailələri ziyarət olunaraq onlara paylanıldı.
Bu məqsədlə keçirilən tədbirdə iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov göstərdikləri nəcib təşəbbüsə görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Biləsuvar rayon şöbəsinə, Qarabağ Müharibəsi Əlilləri, Şəhid ailələri, Veteranları İctimai Birliyinin Biləsuvar rayon şöbəsinə və Biləsuvar rayon Ağsaqqallar Şurasına öz təşəkkürünü bildirmişdir.