Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda arpa biçini artıq başa çatmaq üzrədir.

14 iyun 2021 | 16:00

Biləsuvar rayonunda ötən ilin payızında əkilmiş taxıl məhsulunun biçiminə başlanılıb. Rayon üzrə əkilmiş 34845 hektar taxıl əkininin 13726 hektarını buğda, 21119 hektarını isə arpa sahələri təşkil edir.
Hazırda təsərrüfatlarda arpa biçini yüksək sürətlə davam etdirilir. Sahələrdə biçinin itkisiz və vaxtında toplanması məqsədilə  80-dən artıq taxıl biçən kombayn cəlb olunub.
İlkin olaraq rayonun Nəsimi, Nərimankənd, Aşağı Cürəli, Ağalıkənd, Təzəkənd kəndlərindəki zəmilərdə məhsulun yığımına başlanılmışdır.
Artıq rayon üzrə əkilən 21119 hektar arpa sahəsindən 16650  hektarında biçin başa çatmışdır.Bu günədək  sahələrdən 51948 ton arpa məhsulu toplanaraq orta  məhsuldarlıq 31.2 sentner olmuşdur.Mütəxəssidlərin sözlərinə görə biçin davam etdikcə bu göstərici yüksələcək.  Bu ilki məhsuldarlıq ötən ildəkindən 5-6 sentner çoxdur.
Arpa biçini ilə yanaşı artıq buğda sahələrində də məhsul yığımına başlanılmışdır.14 iyun tarixinədək əkilmiş 13726 hektar buğda sahəsindən 870 hektarı biçilmişdir.Biçilən sahələrdən 2827 ton məhsul yığılaraq məhsuldarlıq 32.5 sentner olmuşdur.
Məhsulun yığılması, daşınması və saxlanması dövründə yanğın hadisələrinin baş verməməsi üçün təsərrüfatlarda lazımi təhlükəsizlik tədbirləri görülüb, maarifləndirmə işləri aparılıb, təsərrüfat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

 

 

 

 

 

Keçidlər