Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı yanında növbəti Şura iclası keçirilmişdir.

04 aprel 2014 | 15:00

03 aprel 2014-cü il tarixdə  Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı yanında  Şuranın 07 saylı  iclası keçirildi.
İclasda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı  Mahir Quliyev, şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, təşkilatların rəhbərləri, icra nümayəndələri və  bələdiyyə sədrləri iştirak etdilər.
İclası giriş sözü ilə açan Biləsuvar rayon İcra Hakimiyyətinin  başçısı Mahir Quliyev gündəlikdə duran iki məsələni şura üzvlərinin və iştirakçıların diqqətinə çatdırdı.
      1.- “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Biləsuvar rayonunda  tibbi müayinənin keçirilməsinin hal-hazırkı vəziyyəti və qarşıda duran vəzifələr barədə”
      2.- “Şəhər, rayon icra hakimiyyətlərinin tabeliyində olan uşaq bağçalarının fəaliyyətində müəyyən edilmiş korrupsiya hüquqpozmalarının mövcudluğunun araşdırılması ilə əlaqədar” Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasından daxil olmuş 21 fevral 2014-cü il tarixli məktubun icra vəziyyəti barədə”.
Hər iki məsələ barədə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Qəmbərovanın  məruzəsi dinlənildi.X.Qəmbərova bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq  rayonumuzda da 2014-cü ilin fevral ayının 17-dən etibarən əhalinin tibbi müayinədən keçirilməsi aksiyasına başlanılmışdır. Müayinənin yüksək səviyyədə, tam  və  mütəşəkkil şəkildə keçirilməsi məqsədi ilə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 14 fevral 2014-cü il tarixdə 50 nömrəli Sərəncam imzalanmış, sərəncama əsasən idarə, müəssisə və təşkilatlar, həmçinin şəhər və kənd yaşayış məntəqələri üzrə tibbi müayinədən keçirilmə qrafiki təsdiq edilmişdir.Rayon İcra Hakimiyyəti yanında  7 nəfərdən ibarət komissiya yaradılmış, operativ  qərargah fəaliyyətə başlamış,  rayon aktivinin iştirakı ilə geniş yığıncaq keçirilmiş, təbliğat  və  təşviqat kompaniyası  çərçivəsində məlumatlandırma  işləri  mütəmadi  olaraq  davam   etdirilmişdir.
Rayon Mərkəzi Xəstəxanası tərəfindən zəruri tədbirlər görülərək,  tibb məntəqələri hazırlıq vəziyyətinə gətirilmiş,  1  daimi,  3 səyyari həkim briqadası yaradılmış, bundan başqa yaşayış məntəqələrini əhatə edən 14 həkim, 6 tibb məntəqəsi də bu kompaniyaya cəlb edilmişdir.Hazırda rayon Səhiyyə şöbəsi üzrə 54 həkim, 140 nəfər  tibb işçisi əhalinin tibbi müayinədən  keçirilməsində iştirak edirlər.
Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən  təsdiq olunmuş qrafikə uyğun olaraq ilk növbədə 52 idarə, müəssisə və təşkilatdan 4129 nəfərin tibbi müayinədən keçməsi təmin edilmişdir.  2014-cü ilin mart ayının 5-dən isə  yaşayış məntəqələri üzrə əhalinin tibbi müayinəsinə başlanmışdır.Ötən müddət ərzində Biləsuvar şəhəri və 10 kənd  yaşayış  məntəqələri  üzrə əhalinin  tibbi  müayinədən keçirilməsi tam  təmin edilmişdir. Rayonda  tibbi müayinəyə başlandığı vaxtdan bəri  42544 nəfər tibbi müayinədən keçmiş, tibbi müayinənin nəticələrinə uyğun olaraq 1285 nəfər ambulator, 104 nəfər stasionar müalicəyə cəlb olunmuş, 98 nəfərə Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə  göndəriş verilmişdir.Müayinənin gedişi ötən müddətdə iki dəfə Azərbaycan televiziyasında, “Respublika”, “Azərbaycan” qəzetlərində, habelə rayon “Məhsul” qəzetində işıqlandırılmışdır. Aprel  ayı  ərzində  rayonun  qalan  yaşayış  məntəqələrinin  əhalisinin  tibbi  müayinədən  keçməsi  nəzərdə  tutulmuşdur.
Əhalinin tibbi müayinədən keçirilməsinin gedişi barədə gündəlik olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumatlandırılmış,  hər ayın 1-nə olan yekun məlumat isə təqdim olunmuş forma üzrə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin elektron poçtuna göndərilmişdir.
“Şəhər, rayon icra hakimiyyətlərinin tabeliyində olan uşaq bağçalarının fəaliyyətində müəyyən edilmiş korrupsiya hüquqpozmalarının mövcudluğunun araşdırılması ilə əlaqədar” Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasından daxil olmuş 21 fevral 2014-cü il tarixli məktubun icra vəziyyəti barədə məsələ ilə bağlı məruzə edən X.Qəmbərova bildirdi ki, son illər rayonumuzda məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni bağçaların tikintisi və əsaslı təmiri sahəsində bir çox işlər görülmüşdür.Rayonda fəaliyyət göstərən 10 uşaq bağçasından ikisi üçün müasir tələblərə cavab verən yeni binalar tikilmiş, bir bağçada əsaslı təmir və yenidənqurma  işləri aparılmışdır.Hazırda rayonda tikintisi nəzərdə tutulan 4 bağçadan birinin tikintisinə başlanılmışdır.Bütün məktəbəqədər tərbiyə müəssisələrində normal şərait yaradılmış, yeni inventarlar alınmışdır.Lakin görülən bu işlərə baxmayaraq şəhər və kənd uşaq bağçalarında aparılan moritorinqin nəticəsi göstərdi ki,   bağçalarda əmək intizamına riayət olunması, müntəzəm olaraq uşaqlar arasında  mədəni-kütləvi tədbirlərin keçirilməsi, sanitar-gigiyenik qaydalara diqqət yetirilməsi və artan təlabatı  nəzərə  alaraq  məktəbəqədər yaşlı uşaqların  bağçalara  qəbuluna diqqətin artırılması  sahəsində müəyyən çatışmazlıqlar hələ də qalmaqdadır.X.Qəmbərova bildirdi ki, şura iclasının nəticəsi olaraq  məktəbəqədər təhsil müəssisələrinin  fəaliyyətini  daim  diqqət mərkəzində saxlamaqla,  onlara əməli köməkliyi artıracaq,  çalışan mütəxəssislərin  mütəmadi olaraq ixtisasartırma kurslarına cəlb edilməsi, onlar üçün müvafiq  treninqlərin keçirilməsi təşkil ediləcəkdir. Keçirilən yoxlamalar zamanı  aşkar edilmiş  çatışmazlıqların  aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata  keçirməklə, uşaq bağçalarının  komplektləşdirilməsi zamanı şəffaflığın təmin edilməsi üçün  qruplar, uşaqların say normaları , boş yerlər haqqında məlumatların rayon  İcra Hakimiyyətinin  rəsmi internet səhifəsində yerləşdirilməsi  təmin ediləcəkdir.
Çıxış edən şura üzvləri və digər iştirakçılar hər iki məsələnin aktuallığını qeyd edərək rayonda bu sahədə görülən işləri yüksək qiymətləndirdilər. Ölkə Prezidenti  cənab  İlham  Əliyevin tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi üçün təşkil edilən bu kompaniyaya görə cənab Prezidentə  dərin təşəkkür və minnətdarlıqlarını bildirməklə, bir  nəfərin  belə bu müayinələrdən  kənarda  qalmaması üçün bundan sonra da səylə çalışaraq tibbi müayinənin göstərilən müddətdə əhalinin yüksək fəallığı şəraitində keçirilməsini təmin edəcəklərini bildirdilər.
Şura iclasında çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələri rayonumuzda uğurla davam etdirilir.Hər bir sakinimiz əslində öz sağlamlığının qeydinə qalaraq bu aksiyaya könüllü  qoşulmalıdır.M.Quliyev bu tədbirin vaxtında başa çatdırılması və əhalinin bütünlüklə tibbi müayinədən keçməsinin təmin edilməsi məqsədilə tapşırıq və tövsiyyələrini verdi.
Şuranın gündəliyində duran  uşaq bağçalarının fəaliyyəti ilə bağlı məsələ barədə İcra hakimiyyətinin Başçısı Mahir Quliyev bildirdi ki, son illər ölkə Prezidenti cənab İlham Əliyevin  tapşırığı və köməkliyi sayəsində rayonumuzda bir neçə yeni bağça binası tikilmiş və əsaslı təmir edilmişdir.Bu istiqamətdə bu gün də işlər davam etdirilir.Hər bir uşaq tərbiyə müəssisəsinin kollektivi çalışmalıdır ki,  bağçalarda nümunəvi şərait olsun, uşaqlara normal şərait yaradılsın, gigiyenik qaydalara riayət olunsun. M.Quliyev qeyd olunan nöqsanların qısa vaxt ərzində aradan qaldırılması üçün tapşırıqlarını verdi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər