Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyətində vətəndaşların növbəti onlayn qəbulu keçirilib.

11 iyun 2021 | 16:00

11 iyun 2021-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinə müraciət edən vətəndaşların növbəti onlayn qəbulu keçirilib.
Keçirilən qəbul zamanı rayonun şəhər və kəndləri üzrə qəbula yazılmış 19 nəfər vətəndaşı narahat edən məsələlər, onların müraciətləri və irəli sürdükləri təkliflər Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tərəfindən dinlənilib.
Sakinlərin müraciətlərində əsasən maddi köməklik olunması, işlə təmin edilmə, kənd təsərrüfatı məsələləri, torpaq mübahisələri, su ilə təminat və digər sahələr üstünlük təşkil edib.
Vətəndaşların müraciətlərini  dinləyən icra başçısı səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.Bir sıra məsələlər yerindəcə həll edilmiş, icrası vaxt tələb edən  müraciətlər isə araşdırılaraq qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülmüşdür.

 

Keçidlər