Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirildi.

01 iyun 2021 | 16:00

01 iyun 2021-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər Uşaq İncəsənət Məktəbində və rayonun digər uşaq bağçalarında  “1İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş  silsilə tədbirlər keçirildi.
Tədbirlərdə iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov
çıxış edərək “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə uşaqları təbrik etdi və öz xoş arzularını çatdırdı. Qeyd etdi ki, Azərbaycan BMT-nin uşaq hüquqlarına dair konvensiyasına  müstəqillik qazandıqdan sonra qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, ölkəmizdə də uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir.  Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may)  və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.
F.Qürbətov qeyd etdi ki, Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir, uşaqlarımızın  təhsili, sağlamlığı və istirahətini təşkil etmək üçün  müxtəlif tədbirlər həyata keçirilir və bundan sonra da davam etdiriləcəkdir.
Tədbir zamanı Biləsuvar rayon İcra Hakimiyyəti və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən  "Gənclər kəndi" layihəsinin qalibi olan Ağayrı kəndinin mükafatı inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Azər Qədimova təqdim olundu.
Tədbirdə mədəniyyət işçilərinin və  istedadlı uşaqların ifasında konsert proqramı və rəqslər nümayiş olundu.

 

 

Keçidlər