Biləsuvarda “12-ci əsrdən 21-ci əsrə yol alan Nizami məfkurəsi” adlı onlayn elmi-praktiki vebinar keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.01.2021-ci il tarixli Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə 2021-ci ilin "Nizami ili" adlandırılması ilə bağlı sərəncamının icrası və Nizami irsinin daim yaşadılmasını qoruyub saxlamaq məqsədilə 27.05.2021 –ci il tarixdə saat 16:00-da Biləsuvar Rayon Təhsil Şöbəsinin nəzdində yaradılmış təşkilat komissiyasının təşəbbüs və təşkilatçılığı ilə "Zoom" platforması üzrə “12-ci əsrdən 21-ci əsrə yol alan Nizami məfkurəsi” adlı onlayn elmi-praktiki vebinar keçirildi. Vebinara 170-dən çox iştirakçı qoşulmuşdu.
Vebinarda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Millət vəkili Bəhruz Məhərrəmov, Biləsuvar Rayon Təhsil Şöbəsinin rəhbəri Aqşin Bağırov, Təhsil Nazirliyinin Təhsildə İnkişaf Proqramları şöbəsinin müdiri Elvin Rüstəmov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının "Şöhrət" ordeni sahibi, Əməkdar İncəsənət xadimi, şair Baba Vəziroğlu, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı idarə heyəti və üzvləri, Gənclər təşkilatının əməkdaşları, Biləsuvar rayon ümumi təhsil müəssisələrinin direktorları və Biləsuvar rayon ümumi təhsil müəssisələrinin pedaqoji heyəti iştirak edib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Millət vəkili Bəhruz Məhərrəmov vebinarda çıxış edərək Nizami Gəncəvinin yubileylərinin ölkəmizdə hər zaman təntənə ilə keçirildiyini qeyd etmişlər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə 1981-ci ildə dahi şairin 840 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir.
Vebinarda qeyd olunmuşdur ki, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilib və “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlanmışdır.Hazırda ölkəmizin hər bir bölgəsində şairin həyat və fəaliyyəti təbliğ edən geniş tədbirlər keçirilir.
Vebinarda iştirak edən rəsmi heyətin çıxışlarından sonra tədbirin elmi-praktiki hissəsini davam etmək üçün professor, alim və müəllim heyətinə söz verildi.
Filologiya Elmləri doktoru, ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyasının üzvü, professor Buludxan Xəlilov "Nizaminin türkçülük görüşləri" mövzusunda;
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitunun Mifologiya şöbəsinin rəhbəri, Filologiya elmləri doktoru, Nizami ilə bağlı 2 monoqrafiya və çoxsaylı məqalələr müəllifi, professor Seyfəddin Rzasoy "Nizami Gəncəvinin şərq epik-poetik düşüncəsinin inkişafında rolu" mövzusunda ;
Şəhid Əlövsət Eynullayev adına Biləsuvar Şəhər 4 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nuranə Qədir "İntibah dövrü və Nizami" mövzusunda;
Şəhid Rüfət Mikayılov adına Bəydili kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Azərbaycan Respublikasının Əməkdar müəllimi Aybəniz Əhədova "Nizaminin yaradıcılığında mütərəqqi ideyalar" mövzusunda ;
Nizami Gəncəvi adına Biləsuvar Şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Namiq Feyziyev "Nizami və qadın azadlığı" mövzusunda ;
Şəhid Əlövsət Eynullayev adına Biləsuvar Şəhər 4 nömrəli tam orta məktəbin direktoru, Azərbaycan dili və ədəbiyyatı müəllimi Elşən Ağazadə "Nizaminin Azərbaycan və dünya ədəbiyyatında yeri"mövzusunda ;
Milli qəhrəman Mübariz İbrahimov adına Biləsuvar bağça-məktəb-lisey kompleksinin Azərbaycan dili və ədəbiyyatı müəllimi, Lənkəran Dövlət Universitetinin doktorantı Nəsimi Əliyev "Nizami və dövlətçilik" mövzusunda ;
Şəhid Ruslan Şirinov adına Təzəkənd kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Şəhla Ağamalıyeva "Nizami və saraylar" mövzusunda ;
Şəhid Əli Almasov adına Səmədabad kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əliyeva Aygün "Nizami və mifologiya" mövzusunda məruzə etmişdir.
Dahi Nizami haqqında olan dəyərli fikirlər ətrafında olan müzakirələr əsasında 3 saat davam edən vebinarın sonunda Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov Nizami Gəncəvinin Azərbaycanda və dünyada tutduğu mövqenin bizlər üçün nə qədər dəyərli olduğunu, Nizami irsinin yaşadılmasının vacibliyini və əhəmiyyətini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu irsə verdiyi dəyəri bir daha nəzərə çatdıraraq yekunda bütün Nizamisevər iştirakçılara və təşkilat komissiyası üzvlərinə elmi-praktiki vebinarda iştirakları, qiymətli fikirləri ilə töhfə verdikləri üçün minnətdarlığını bildirdi.