Biləsuvar rayonun içməli su və kanalizasiya sisteminin yaxşılaşdırılması ilə bağlı görülmüş işlərin təhlili və görüləcək tədbirlərin planlaşdırılması ilə bağlı müzakirələr keçirildi.
26 may 2021-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətində rayonun içməli su və kanalizasiya sisteminin yaxşılaşdırılması ilə bağlı görülmüş işlərin təhlili və görüləcək tədbirlərin planlaşdırılması ilə bağlı müzakirələr keçirildi.
İclasda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Azərsu ASC-nin məsul əməkdaşları, Azərsu ASC-nin 3 saylı regional su kanal idarəsinin rəisi Vasif Əliyev və digər aidiyyəti şəxslər iştirak etdi.
Müzakirələr zamanı Biləsuvar şəhərinin uzun illərdir yarımçıq qalan kanalizasiya sisteminin başa çatdırılması və sudan əziyyət çəkən kəndlərə, xüsusilə İsmətli kəndinə içməli suyun verilməsi qarşıda duran əsas məsələ olaraq planlaşdırıldı.Nəzərə alındı ki, bu tədbirlərin görülməsi məqsədilə aidiyyəti mərkəzi icra orqanları qarşısında yenidən məsələ qaldırılsın və icrasına qısa zamanda nail olunsun.