Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nəsimi kəndində vətəndaşlarla görüşü və səyyar qəbulu keçirilmişdir.

03 aprel 2014 | 15:00

02 aprel 2014-cü il tarixdə    Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nəsimi kəndində vətəndaşlarla görüş və səyyar qəbulu keçirilmişdir.Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişlər.
            Nəsimi inzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonun Nərimankənd, Çaylı, Günəşli, Ağayrı kəndləri ilə sərhəddir.İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 900 təsərrüfat, 4200 nəfər əhali yaşayır.Nümayəndəlik üzrə 1 tam orta məktəb, 1 həkim ambulatoriyası, 1 kitabxana,1 mədəniyyət evi, baytarlıq məntəqəsi, poçt şöbəsi fəaliyyət göstərir.
            Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar Nəsimi inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə də xeyli iş görülmüşdür. Belə ki,    kəndaxili yol isə qum-çınqıl qarışığı ilə təmir olunmuş, şor kollektorları lildən təmizlənmişdir.Magistral qaz xətlərinin  və 630 abonentin evinə gedən daxili xətlərin çəkilişi tam başa çatdırılmışdır.Nəsimi kəndi hazırda fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur. Tədbirdə Nəsimi  kənd İcra nümayəndəsi Kamal İmanov çıxış edərək ötən  dövr  ərzində kənddə görülmüş işlərdən danışdı  və qarşıda duran problemlər barədə ətraflı məlumat verdi. Görüşdə kənd sakinləri Kamil Mustafayev, Dədəkişi İbrahimov, Valeh Qasımov və başqaları çıxış edərək Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğısını yüksək qiymətləndirmiş və görülən bu abadlıq və quruculuq işlərinə görə ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışdı. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır,  sahibkarlığın inkişafı dəstəklənir, yeni istehsal və emal müəssisələri yaradılır və nəticədə əhalinin fəaliyyəti üçün  iş yerləri yaradılır. Nəsimi kəndində də ötən dövrdə bir çox quruculuq  işləri aparılmışdır.Kəndə   təbii qaz çəkilir və artıq yekunlaşmaq üzrədir, kəndin yeni yaşayış massivlərindəki  yollara qum-çınqıl  örtük qoyulur, elektrik və su təsərrüfatında yenidənqurma işləri aparılır, yeni infrastruktur layihələr həyata keçirilir. Bütün bu inkişaf sonda  əhalinin sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasına xidmət göstərir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin.Bunun nəticəsidir ki, kəndlərimizdə belə uğurlu nəticələri özünü göstərir.
Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Nəsimi kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.Qəbul zamanı müraciət edən 6 vətəndaşdan  ikisinin müraciəti yerindəcə həll olundu, digər problemlərin həlli ilə bağlı aidiyyəti təşkilatlara tapşırıqlar verilərək icrası nəzarətə götürüldü.

 

Keçidlər