15 may 2021-ci ildə Biləsuvar rayonunun Xırmandalı kəndində içməli suyun açılışı oldu.
15 may 2021-ci ildə Xırmandalı kəndi Ağaverdi İmanov küçəsində "Azərsu" ASC tərəfindən çəkilmiş içməli suyun açılışı oldu.
Açılışda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, "Azərsu" ASC-nin məsul əməkdaşı Vasif Əliyev, kənd sakinləri, ağsaqqallar iştirak etdi.
Xüsusi karantin rejiminin qaydalarına riayət olunmaqla keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək kənd əhalisini bu münasibətlə təbrik etdi və bildirdi ki, hazırda çəkilmiş su xəttinin üzərində 7 ədəd bulaq quraşdırılıb.Kəndin içməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədilə digər küçələrdə də su xətlərinin çəkilişi davam edəcəkdir.
Tədbirdə "Azərsu" ASC-nin məsul əməkdaşı Vasif Əliyev, kənd ağsaqqalı Akif Kazımov çıxış etdilər.Sakinlər Xırmandalı kəndinə göstərilən diqqət və qayğıya görə, xüsusilə əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərə görə Ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.