Biləsuvarda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşəbbüsü ilə "Şəhid ailələrinə Ramazan sovqatı" adlı aksiya keçirildi.
11 may 2021 | 16:00
11-13 may 2021-ci il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mənəvi Dəyərlərin Təbliği Fondunun təşəbbüsü və Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Vətən müharibəsi şəhidlərinin ailələrinə Ramazan bayramı münasibəti ilə Fond tərəfindən müəyyən edilmiş maddi vəsait həcmdə plastik kartlar təqdim olundu.
Ailələrlə görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətində Dini Qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı, DQİDK-nın Biləsuvar rayonu üzrə mələhətçisi Taleh Nuriyev və Bəydili kənd dini icmasının sədri Abuzər Kərimov iştirak etmişdir.