Şəhid övladları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etdı.
Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə 9 may tarixində Biləsuvarlı Vətən müharibəsi şəhidlərinin ailələri və övladları, rayonun bir qrup gənci, ictimaiyyətin üzvləri, ictimai təşkilatların, yerli mətbuatın nümayəndələri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək, əziz xatirəsini yad etdilər.
Fəxri Xiyabanı ziyarət edən Vətən müharibəsi şəhidlərinin ailələri və övladları sonra Şəhidlər Xiyabanına gələrək burda uyuyan qəhraman vətən övladlarının məzarlarını gül dəstələri ilə bəzəyiblər.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov şəhid ailələri, övladları ilə birlikdə həm Fəxri Xiyabanı, həm də Şəhidlər Xiyabanını ziyarət edib.