Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Səmədabad kəndinin sakinləri ilə görüşüb.

09 may 2021 | 16:00

09 may 2021-ci il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Səmədabad kəndinin sakinləri ilə görüşüb.
Xüsusi karantin rejiminin qaydalarına riayət olunmaqla keçirilən  görüşdə sakinlər əsasən onlara əkinə yararlı torpaq sahələrinin ayrılması, eləcə də kəndin mərkəzində olan parkda yeni işıqlanma sistemlərinin quraşdırılması, parkda yenidənqurma və abadlıq işlərinin aparılması və digər problemlərlə bağlı müraciətlər etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qaldırılan məsələləri nəzarətə götürdü, qanunamüvafiq qaydada məsələlərə baxılacağını vurğuladı. Müraciətlərin bir qisminin yerindəcə həll olunması ilə bağlı aidiyyati şəxslərə müvafiq tapşırıq və tövsiyyələrini verdi.
Görüşdə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov da iştirak etmişdir.

Keçidlər