Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olundu.

10 may 2021 | 16:00

10 may 2021-ci il tarixində Biləsuvar rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olundu. Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və ziyalılar rayonun mərkəzindəki Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsini ziyarət etmiş və abidənin önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtramla yad etmişlər.
Tədbir iştirakçıları daha sonra rayonun Səmədabad kəndindəki Heydər Əliyev Parkına gedərək Ulu öndərin parkdakı abidəsini ziyarət etmişlər.

Keçidlər