Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə Biləsuvarda ağacəkmə aksiyası keçirildi.

10 may 2021 | 16:00

10 may 2021-ci il tarixdə  Azərbaycan  xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının  98-ci ildönümü münasibəti ilə Biləsuvar rayonunun Mərkəzi parkında ağacəkmə aksiyası keçirildi.
Ağacəkmə aksiyasında Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, rayon ictimaiyyətinin nümayəndələri və gənc könüllülər iştirak etdi.Aksiya çərçivəsində əsasən zeytun və şam  ağacları əkilərək suvarıldı.
Ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun yaşıllaşdırma ənənələrini davam etdirmək məqsədi ilə rayonun kəndlərində də ağacəkmə aksiyaları təşkil edilmişdir.

 

 

 

 

Keçidlər