Biləsuvar rayon İcra Hakimiyyətində vətəndaşların növbəti onlayn qəbulu keçirilib.
07 may 2021 | 16:00
07 may 2021-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətində vətəndaşların növbəti onlayn qəbulu keçirilib.
Keçirilən onlayn qəbul zamanı rayonun şəhər və kəndləri üzrə qəbula yazılmış 42 nəfər vətəndaşı narahat edən məsələlər, onların müraciətləri və irəli sürdükləri təkliflər Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tərəfindən dinlənilib.
Sakinlərin müraciətlərini dinləyən icra başçısı səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə həll edilmiş, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq, qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülmüşdür.