Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda “Beynəlxalq Ailə Günü” nə həsr olunmuş silsilə tədbirlər davam edir.

07 may 2021 | 16:00

7 may 2021-ci il tarixdə  Biləsuvar Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayon “Gənclər Evi”ndə Rayon İcra Hakimiyyətinin və Qadın Resurs Mərkəzinin təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması, erkən nigah və qohumlar arasında nigahın mənfi təsiri, reproduktiv” sağlamlıq ailə planlaşıdırılması mövzusunda gənclər arasında “Ailəmiz ən dəyərli xəzinəmizdir” adlı maarifləndirici tədbir keçirildi.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman xanım Yüzbaşova, Qadın Resurs Mərkəzinin rəhbəri Natavan xanım Əzizova, rayon Polis və Səhiyyə  şöbələrinin əməkdaşları, nümunəvi və sağlamlıq  imkanları məhdud ailələr iştirak etmişlər. Xüsusi karantin rejiminin qaydalarına riayət olunmaqla keçirilən  tədbirdə məqsəd tarixi Azərbaycan ailəsi modelinin inkişaf tendensiyası və ailə ənənələrinin qorunması, cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, milli-mənəvi dəyərlərimizin, eləcə də ailə dəyərlərimizin təbliğidir. Tədbir maraqlı müzakirələrlə davam etmişdir.

Keçidlər