Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Beynəlxalq Ailə Günü ilə əlaqədar onlayn formatda görüş keçirildi.

07 may 2021 | 16:00

15 May Beynəlxalq Ailə Günü ilə əlaqədar Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş Tədbirlər Planına əsasən  Rayon İcra Hakimiyyəti və Biləsuvar Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə onlayn formatda görüş keçirildi.
Görüşdə kliniki psixologiya üzrə fəlsəfə doktoru, Beynəlxalq Ailə Akademiyasının, Avropa Psixoloqlar Liqasının, Dünya Pozitiv Psixoterapiya Assosasiyasının üzvü Təranə Paşayeva, Rayon Təhsil Şöbəsinin əməkdaşları, rayon ümumtəhsil müəssisələrinin direktorları, psixoloqları, uşaq birlikləri rəhbərləri iştirak edib.
BMT-in 1993-cü il 20 sentyabr qətnaməsinə müvafiq olaraq 1994-cü ildən dünyada 15 may - Beynəlxalq Ailə Günü kimi qeyd olunur.
2008-ci ildən ölkəmiz də BMT-nin bu qətnaməsinə qoşularaq Beynəlxalq Ailə Gününü qeyd edir. Beynəlxalq Ailə Gününün təsis edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini müasir ailə ilə bağlı problemlərə cəlb etməkdir. Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Dövlət ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Dövlət başçımız İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək demişdir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi  və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”.
Bu gün ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapmışdır. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır.
Keçirilən onlayn görüşdə də Ailə gününün qəbul olunması ilə bağlı məqsədlərə toxunuldu və bütün dünya cəmiyyətlərinin ən qədim dəyəri olan ailənin bugünkü vəziyyəti müzakirə olundu.
Görüş maraqlı müzakirələrlə davam etdi.

Keçidlər