Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Ağsaqqallar Şurasının konfransı keçirildi

06 may 2021 | 16:00

May ayının 6-da Heydər Əliyev Mərkəzinin akt zalında Biləsuvar rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.
Tədbirdən öncə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini yad ediblər.
Xüsusi karantin rejiminin qaydalarına riayət olunmaqla keçirilən konfransda hesabat dövrü ərzində vəfat etmiş ağsaqqalların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
        Konfrans iştirakçılarını salamlayan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, cəmiyyətimizdə xüsusi yeri və hörməti olan ağsaqqallarımızın tövsiyyə və məsləhətlərinə hər zaman ehtiyac vardır. İcra başçısı bu gün də gənclərin dövlətə, xalqa sadiq, vətənə bağlı, zərərli, yad təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyyə olunması işində  ağsaqqallarımız yorulmadan fəaliyyət göstərmələrini xüsusi qeyd edib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova çıxış edərək Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. E.Süleymanova ağsaqqallıq hərakatının tarixindən, respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından danışıb.Sonra  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və rəşadətli ordumuzun qüdrəti ilə 44 gün ərzində erməni işğalçılarını tarixi torpaqlarımızdan çıxarılmasının əhəmiyyətini qeyd edib. Natiq ölkəmizdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini diqqətə çatdırıb.
İclasda Babayev Əli Bədir  oğlu səsvermə yolu ilə Biləsuvar Rayon Ağsaqqallar Şurasının yeni sədri seçilmişdir.
Daha sonra Ağsaqqallar Şurasının İdarə Heyətinə 5 nəfərdən ibarət  üzv seçilmişdir.
Sonda Biləsuvar rayon Ağsaqqallar Şurasının sədri seçilmiş Əli Babayev ona göstərilən etimada görə konfrans iştirakçılarına minnətdarlığını ifadə edərək, bu şərəfli və məsuliyyətli işin öhdəsindən gəlmək üçün rayonun ziyalıları, ağsaqqallları ilə birgə bütün imkanlarını səfərbər edəcəyini bildirdi.

Keçidlər