Biləsuvarda bir qrup sahibkarla görüş keçirildi.
04 may 2021-ci il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir qrup iş adamı ilə görüşüb.
Görüş zamanı İcra başçısı ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi üçün Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi strategiyaya uyğun olaraq rayonumuzda da bu sahənin inkişafına diqqətin daha da artırıldığını bildirmiş, bundan sonra da mütəmadi olaraq sahibkarlarla görüşlərin keçiriləcəyini və onları narahat edən məsələlərin öyrənilərək həlli üçün konkret tədbirlərin görüləcəyini qeyd etmişdir.Bildirmişdir ki, bu gün rayonda sahibkarların normal fəaliyyəti üçün tam şəffaf şərait yaradılıb.İstənilən iş adamı rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
Sahibkarlar onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirərək, yaradılan şəffaf mühitdən istifadə edərək bundan sonra da ölkəmizin inkişafı naminə var gücləri ilə çalışacaqlarını qeyd etdilər.
Sonda Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası tərəfindən Ölkədə Sahibkarlığın İnkişafına verdiyi töhfələrə görə təltif olunmuş sahibkarlara Fəxri Fərmanlar təqdim edildi.