Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 95-ci ildönümü qeyd olunmuşdur.

29 mart 2014 | 16:00

28 mart 2014-cü il tarixdə  Heydər Əliyev Mərkəzində Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 95-ci ildönümü qeyd olunmuşdur.Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, MTN-nin rayon şöbəsinin əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri və  ictimaiyyətin nümayəndələri iştirak etmişlər.Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər çiçəklər qoymuşlar. Zalda Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra iştirakçılar Milli Təhlükəsizlik orqanlarının fəaliyyətindən bəhs edən filmə nümayiş etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev respublikamızın  Milli  Təhlükəsizlik  orqanlarını,  o  cümlədən    rayon  şöbəsinin  bütün  əməkdaşlarını  şanlı  yubileyləri  münasibətilə  səmimi  qəlbdən   təbrik  etdi və  onlara  cansağlığı,  çətin  və   şərəfli  işlərində  yeni-yeni  uğurlar  arzuladı.Bildirdi ki,    əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, keçmişin ən ümdə şanlı dəyərlərini özündə əks etdirməklə gələcəyə hesablanmış uğurlu dövlətçilik strategiyası bu gün müstəqil ölkəmizdə bütün sahələrdə olduğu kimi,  milli təhlükəsizlik istiqamətində də  layiqli şəkildə davam etdirilməkdədir.Ümummilli liderimiz Heydər Əliyev cənabları Milli Təhlükəsizlik orqanlarının fəaliyyətinə həmişə yüksək qiymət verirdi. Ulu öndərin vaxtıilə soylədiyi “Azərbaycanın müstəqilliyini qoruyan dövlət atributlarının hər biri bizim üçün əhəmiyyətlidir. Bunların içərisində Milli Təhlükəsizlik  Nazirliyi xüsusi yer tutur” ifadəsi həmin qiymətin bariz nümunəsidir.     Dahi rəhbərin başladığı milli dövlət quruculuğu prosesinin möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan hazırda regionun lider ölkəsinə çevrilib. Bu yönümdə əsas qarant olan sabitlik və təhlükəsizliyin etibarlı qorunmasında milli təhlükəsizlik orqanlarının öz layiqli rolu və xidmətləri vardır.Ölkə Prezidenti cənab İlham Əliyevin 26 dekabr 2012-ci il tarixli Sərəncamı ilə “2013-2016-cı illərdə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı”nın  qəbul edilməsi qarşıya yeni vəzifələr qoyur. M.Quliyev bildirdi ki, bu gün Milli Təhülkəsizlik  Nazirliyinin əməkdaşları bütün fəaliyyət istiqamətlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin onların  qarşısında qoyduğu  “Yeni zəmanənin çağırışlarına hazır olmalıyıq” prinsiplərini rəhbər tuturlar.
Sonra MTN-nin Biləsuvar rayon şöbəsinin rəisi İlqar Quliyev 95 illik fəaliyyətləri barədə geniş  məruzə etdi.
Tədbirdə MTN-nin Biləsuvar rayon şöbəsinin bir qrup əməkdaşına yubileyləri münasibətilə Fəxri Fərmanlar və xatirə hədiyyələri təqdim olundu.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər