Biləsuvar rayonunun Bəydili kəndində əhalinin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə su xətləri təmir olunur.
7000 nəfərə yaxın əhalisi olan Bəydili kəndi Biləsuvar rayonunun ikinci böyük kəndidir.Kənddə əhalinin içməli suya olan tələbatını ödəmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq 2018-ci ildə Şirvan-Muğan qrup su kəmərinin Biləsuvar şəhərinə daxil olan hissəsindən su xətti çəkilmiş və bulaqlar quraşdırılmışdır.Lakin bu gün də kəndin müəyyən ərazilərində əhali əvvəllər yeraltı dəmir borularla çəkilmiş su xətlərindən istifadə edirlər.
Hazırda Biləsuvar Su Kanal Sahəsi tərəfindən bu ərazilərdəki dəmir borularda yaranmış problemləri aradan qaldırmaq məqsədilə təmir işlərinə başlanılmışdır. Su Kanal sahəsinin işçiləri su xətlərini torpağın altından çıxarır və borular təmizlənir.İstifadəyə yararsız olan hissələr yeni borularla əvəz olunur.Aparılan təmir işləri nəticəsində kəndin bu ərazisində içməli su problemi yaşayan 28 ailənin su ilə təminatı yaxşılaşacaq.Bundan əlavə kənd məscidinin qarşısında məscidi içməli su ilə təmin etmək üçün bulaq tikiləcəkdir.Görülən işlərin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulmuşdur.