Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunun Xırmandalı kəndində əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni su xətti çəkilir.

28 aprel 2021 | 16:00

Rayonun ən böyük yaşayış məntəqələrindən olan Xırmandalı kəndində əhalinin içməli su problemi daim aktual məsələ olub. Kəndin bir hissəsinə əvvəlki illərdə içməli  su çəkilsə də, 10 min nəfərdən çox əhalisi olan kənddə içməli suya olan təlabat hələ də  qalır.
Hazırda “Azərsu” ASC-nin dəstəyi ilə Biləsuvar Su Kanal Sahəsi tərəfindən bu istiqamətdə aparılan  işlərə yenidən start verilərək kəndin digər su verilməyən hissəsinə də içməli suyun çəkilişinə başlanılmışdır.6 min nəfərə yaxın  əhalinin yaşadığı bu əraziyə 13 km uzunluğunda  müxtəlif diametrli borular çəkilərək, 120 ədəd bulağın quraşdırılması nəzərdə tutulmuşdur. Xırmandalı kəndində yaşayan sakinləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi Şirvan-Muğan qrup su kəmərindən Biləsuvar şəhərinə verilən duruldulmuş və təmizlənmiş sudan istifadə olunacaqdır.
Kənd əhalisi içməli su problemlərin həllinə göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Hazırda işlər sürətlə davam etdirilir.

 

Keçidlər