Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Xatirə kompleksi və Şəhid bulağının açılışı olub.

26 aprel 2021 | 16:00

25 aprel 2021-ci il tarixdə Ağalıkənd kəndində kəndin şəhidlərinin xatirəsinə həsr olunmuş Xatirə kompleksi  və Biləsuvar rayonunda Aşağı Cürəli kəndində şəhid pilot baş leytenant Gözəlov Xalid Həsən oğlunun  xatirəsinə həsr olunmuş Şəhid Bulağının açılışı olub. Şəhidin adının əbədiləşdirilməsi istiqamətində atılmış bu nəcib addımlar  şəhidlərin  ailələri, döyüş yoldaşları və yaşadığı kəndin sakinləri tərəfindən  həyata keçirilmişdir. Açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavinləri, icra hakimiyyətinin digər məsul şəxsləri, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti, SHXÇDX-nın Biləsuvar rayon Şöbəsinin əməkdaşları, kənd sakinləri, Aşağı Cürəli kənd tam orta məktəbinin şagirdləri  və şəhidin doğmaları iştirak etmişdir. Açılış mərasimində Dövlət himni səsləndirildi. Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov ölkə başçısının müdrikliyi və şanlı ordumuzun qətiyyəti nəticəsində 44 günlük Vətən müharibəsində biləsuvarlı gənclərin də böyük şücaət göstərdiyini, öz qəhrəmanlıqları ilə Azərbaycanın şanlı tarixində böyük qələbənin qazanılmasında  onların müstəsna xidmətləri olduğunu bildirdi. Tədbirdə çıxış edən şəhidin doğmaları, döyüş yoldaşları, Dövlət Sərhəd Xidmətinin əməkdaşları, kənd sakinləri şəhidlərimizin həyat yolundan, döyüş meydanında əzmkarlıqlarından  geniş söz açdılar.
Abidə komplekslərinin və bulağın açılışında iştirak edən qonaqlar şəhidin yaşadığı mənzildə olub, şəhidlərimizin ruhuna  dualar oxuyub, Allahdan rəhmət diləyiblər.

 

 

 

Keçidlər