Şəhid Sərvan Mirzəyevin qız övladı dünyaya gəldi.
Biləsuvar Rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsində qəhamancasına şəhid olan Sərvan Mirzəyevin ailəsinə baş çəkiblər.
Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman xanım Yüzbaşova şəhidin ailəsinə baş çəkərək şəhidimizin övladının dünyaya gəlməsi münasibətilə ailə üzvlərini rayon rəhbərliyi adından təbrik edib.O, şəhid ailələrinin və qazilərin qayğılarının dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olduğunu bildirib.
İştirakçılar Şəhid Sərvan Mirzəyevin torpaqlarımızın azad olunmasında göstərdiyi rəşadətdən qürur duyduqlarını, Allahdan bütün şəhidlərimizə rəhmət dilədiklərini bildiriblər. S.Mirzəyev 27 sentyabr tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş və Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid Sərvan Mirzəyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş şəhidlərin xatirəsi daim yaddaşlarda qalacaq.
Şəhidin ailə üzvləri onlara göstərilən qayğıya görə razılıqlarını ifadə ediblər.