Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunun Mərkəzi parkında abadlıq və yenidənqurma işləri davam etdirilir.

21 aprel 2021 | 16:00

Uzun müddət baxımsız qalan rayonun Mərkəzi Parkında rayon İcra Hakimiyyəti tərəfindən  abadlıq və yenidənqurma işləri aparılır.Burada piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərə üzlük daşlar döşənir və yeni  səkilər salınır. Parkın bərbad vəziyyətdə olan əraziləri təmizləndikdən sonra yeni ağaclar əkilmiş və yaşıllıq zolaqlarının suvarılması üçün ərazidə artezian quyuları vasitəsilə suvarma sistemi yaradılmışdır. Hazırda  parkda gəzinti sahələrinin üzlənməsi başa çatmaq üzrədir.Sonra   işıqlandırma sistemi quraşdırılacaq və əhalinin istirahəti üçün oturacaqlar qoyulacaqdır. Parkın ərazisində yerləşən idman qurğularının yenilənməsi, futbol və voleybol meydançalarının təmir olunması buranı gənclərin məkanına çevirəcəkdir. Ərazisi və yaşıllıq sahəsinə görə rayonun ən böyük parkı olan Mərkəzi parkın yenidən qurulması rayon sakinlərinə asudə vaxtlarının səmərəli təşkili üçün geniş imkanlar açır.

Keçidlər