Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilmişdir.

28 mart 2014 | 16:00

27  mart 2014-cü il tarixdə  Heydər Əliyev Mərkəzinin iclas zalında  Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Agentliyi və Biləsuvar rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət  Xidmətinin rəis müavini Araz Əliyev, Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısının müavini- sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elsevər Həsənov, rayonun aidiyyəti idarə, müəssisə rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, ictimai təşkilatlar, sahibkarlar, ictimaiyyətin nümayəndələri, və KİV nümayəndləri  iştirak etmişlər.
Konfransda  Xidmətinin rəis müavini Araz Əliyev  çıxış edərək  respublikamızda bu istiqamətdə görülən işlərdən danışmış və bildirmişdir ki, ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, bu gün istehlakçıların hüquqları dövlət tərəfindən qorunur və bu sahədə etibarlı təminat sistemi yaradılmışdır. İstehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi və istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunmasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin gücləndirilməsi böyük əhəmiyyət kəsb edir.
Sonra Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısının müavini- sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elsevər Həsənov çıxış edərək  rayonda bu sahədə əldə edilmiş uğurlardan danışmış və bildirmişdir ki, ötən il rayonda 14.2 miyon manatlıq sənaye, 93.6 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Rayon əhalisinə 35.0 milyon  manatlıq və ya əvvəlki illə müqayisədə 25.9 faiz çox pullu xidmət göstərilmişdir.Ölkə iqtisadiyyatının ildən-ilə yüksəlməsi vətəndaşların rifah halının yaxşılaşmasına imkan yaratmışdır.Əhalinin keyfiyyətli mallarla təminatını yaxşılaşdırmaq, onların bu sahədəki hüquqlarını qorumaq üçün köklü dəyişikilklər etmək, qida təhlüksəziliyinin idarə edilməsi, keyfiyyətin idarə edilməsi, ətraf mühitin qorunması və.s. beynəlxalq standartları tətbiq etmək, ticarət və ictimai iaşə obyektlərində çalışan xidmət personalının təlimləşdirilməsi, eləcə də həmin obyektlərin modernləşdirilməsi istiqamətində tədbirlər görmək olduqca  vacib məsələlərdəndir.Bu sahədə istehsalçıların üzərinə çox mühüm vəzifələr düşür. Əsasən texnoloji əməliyyatların standartlar çərçivəsində aparılması, sanitariya və gigiyena qaydalarının Avropa standartlarına uyğunlaşdırılması, məhsulun istehsal tarixinin, saxlama müddətinin və tempraturunun, tərkibinin göstərilməsi  şərti ilə satışa verilməsi, məhsulun keyfiyyətini təsdiq edən sertifikatlarla təmin edilməsi istehsalçının birbaşa borcudur. Istehsalçı satışa çıxardığı məhsulun keyfiyyətinə cavabdeh olmalı və istehlakçıların hüquqlarının qarantına çevrilməlidir.Azərbaycan dövlətinin istehlakçı siyasəti var və istehlakçıların hüquqlarının qorunmasında dövlətin etibarlı təminat sistemi mövcuddur. Bu sahədə dövlət orqanları, ictimai təşkilatlar, sahibkarlıq subyektləri və istehlakçılar sırasında əməkdaşlığın genişləndirilməsi, birgə səylərin artırlması, eləcə də qabaqcıl təcrübənin ölkəmizdə tətbiqi mövud problemlərin kompleks şəkildə həllində əhəmiyyətli rol oynayacaqdır.
Tədbirdə digər çıxış edənlər də istehlakçı hüquqlarının qorunması istiqamətində səmərəli təkliflərini bildirdilər  və bu istiqamətdə  görüləcək işlər müəyyənləşdirildi.

Keçidlər