Şriftin ölçüsü :

Saytın rəngi :

Narkotik vasitələrin zərərləri və erkən nigah problemləri barədə gənclərlə maarifləndirici onlayn görüş keçirildi.

18 fevral 2021 | 16:00

         Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin birgə təşəbbüsü ilə 17 fevral 2021-ci il tarixdə GİKM-nin Cənub nümayəndəliklərinin (Cəlilabad, Masallı, Lənkaran, Yardımlı, Lerik və Neftçala) iştirakı ilə narkotikin zərərləri, erkən nigah problemləri  barədə rayon gəncləri ilə maarifləndirici onlayn görüş keçirildi.
         Onlayn görüşdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Cənub regionu üzrə nümayəndəliklərinin rəhbərləri ilə birgə  DİN-nin Mətbuat Xidmətinin şöbə rəisi, polis-mayoru Elşad Hacıyev də iştirak etdi.
Görüşdə GİKM-nin Biləsuvar nümayəndəliyinin direktoru Səbinə Hüseynzadə çıxış edərək bildirdi ki, Azərbaycanın gələcəyi olan gənclərimizin sağlam ruhda böyüməsi üçün onlar birinci növbədə zərərli vərdişlərdən, dünyanın, bəşəriyyətin bəlasına çevrilən narkomaniyadan, erkan  nigahdan uzaq olmalıdırlar.
DİN-nin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev çıxışında bildirdi ki, Narkomanlıq narkotik zəhərlərdən psixi asılılıq yaradan xəstəlikdir. Bu xəstəliyə tutulmuş şəxslər özlərini cəmiyyətdən təcrid edirlər. Narkomaniya qlobal təhlükəsizliyə, cəmiyyətin inkişafına maneə törədən ən ciddi problemlərdən biridir.Gənclərimiz bu zərərli vərdişlərdən uzaq durmalıdır.
Görüşün digər bir mövzusu  "Erkən nigah və onun fəsadları" oldu.  Gənclərə, erkən nigaha girən şəxslərin, onların uşaqlarının ümumilikdə isə ailələrin və  cəmiyyətin özünə mənfi təsir göstərməsi və daima yaşanan problemlər yaratdığı bıldirildi.Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununa, həmçinin 1989-cu il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyaya görə, tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur.
Gənclər tərəfindən ünvanlanan sualları cavablandıran E.Hacıyev  müstəqil dövlətimizin gələcəyi olan gənc nəslin hərtərəfli inkişaf etdirilməsi, onların sağlam düşüncəli, vətənpərvər gənclər kimi yetişdirilməsi üçün hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının əlindən gələni əsirgəməməli olduğunu vurğuladı.

Keçidlər